Legioneri "Barselona"dan ayrılmaq istəyir

14:19 - 29 Yanvar 2023

“Barselona”nın yarımmüdafiəçi Emrə Demir Kataloniya klubunu tərk etmək istəyir.

Sportal.az “Sports.es”ə istinadən xəbər verir ki, türkiyəli futbolçu “Barsa” ilə müqaviləsini ləöv etmək niyyətindədir.

Bununla bağlı futbolçunun agenti klub rəsmiləri ilə danışıqlara başlayıb.

​Demirin istəyi baş tutarsa, o, “Fənərbaxça" ilə müqavilə imzalayacaq. 19 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. O, ötən il “Kayserispor”dan İspaniya nəhənginə keçmişdi.

 

Xəbər xətti