Premyer Liqa klubu 51 yaşlı mütəxəssislə anlaşdı

15:19 - 29 Yanvar 2023

“Everton” qısa müddət ərzində Şon Dayçın baş məşqçi təyin olunduğunu elan edəcək.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 51 yaşlı mütəxəssislə artıq rəsmi müqavilə imzalayıb.

Müqavilənin 2,5 illik olduğu bildirilir. Şon “Uotford”, “Börnli” klublarını çalışdırıb.

 

Xəbər xətti