"Neftçi" və "Sumqayıt"ın sabiq legionerləri eyni komandada - FOTO

15:36 - 29 Yanvar 2023

“Neftçi”nin sabiq legioneri Saman Nəriman Cahan İranda komandasını dəyişib.

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Neft MİS”dən ayrılaraq “Zob Ahan”la anlaşıb. O, 2024-cü il iyunun 30-na qədər İsfahan təmsilçisinə məxsus olacaq.

Samanın yeni klubunun əsas hücumçusu isə “Sumqayıt”ın keçmiş üzvü Saed Baqerpasanddır. 

Xatırladaq ki, Saman Nəriman Cahan "Neftçi"dən ayrıldıqdan sonra "Traktor"a keçmişdi.



Mirbağırağa

Xəbər xətti