"Lester" heyətini braziliyalı ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukrayna klubunun yarımmüdafiəçisi Teteni icarəyə götürüb.
Müqavilənin müddəti 2023-cü il iyunun 30-na kimi hesablanıb. 22 yaşlı braziliyalı vingerin bazar dəyəri 25 milyon avrodur.
Tete mövsümün ilk hissəsini icarə əsasında "Lion"da keçirib. O, "Şaxtyor"un heyətində 108 oyuna çıxıb, 31 qol vurub və 15 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi