Millinin üzvü "Verona"da

18:58 - 29 Yanvar 2023

“Köln”ün yarımmüdafiəçisi Ondrey Duda karyerasını İtaliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, Slovakiya millisinin üzvü “Verona”da oynayacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu 2023-cü ilin 30 iyununa qədər İtaliya klubunda icarə əsasında çıxış edəcək.

​Slovakiyalının transfer dəyəri 4 milyon avrodur. Adıçəkilən futbolçu “Koşitse”, “Legiya”, “Herta”, “Norviç” klublarında oynayıb.

 

Xəbər xətti