"Fənərbaxça"nın yeni transferi İstanbulda - FOTO

20:13 - 29 Yanvar 2023

“Fənərbaxça” növbəti transferə hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Parma”nın futbolçusu Ceyden Ostervolde “Fənərbaxça” ilə müqavilə imzalamaq üçün İstanbula gəlib.

21 yaşlı futbolçu “Tvente” yetirməsidir və son olaraq “Parma”da oynayıb.

Niderlandlının Türkiyə nəhəngi ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti