"Real" futbolçusuna müqavilə təklif etdi

20:38 - 29 Yanvar 2023

"Real" yarımmüdafiəçisi Marko Asensio ilə müqavilə müddətini artırmaq istəyir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu artıq ona yeni müqavilə təklif edib. Asensionun "Real"dakı gələcəyi müəmmalı olaraq qalır.

Asensio oyun praktikasının çox olmamasından narazıdır. Buna görə də, komandasını dəyişmək istəyir.

Onun xidmətində bir neçə klub maraqlıdır. Asensionun “Real”da qalıb-qalmayacağı yaxın günlərdə dəqiqləşəcək. 

Xəbər xətti