Qapıçı axtarışlarını davam etdirən “Qarabağ” “Aris”in braziliyalı qolkiperi Vana Alveşi heyətinə qatmaq istəyib.
Sportal.az “Themasports” portalına istiadən xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı qapıçı üçün Kipr klubuna təklif göndərib.
Amma “Aris” onu satmaqdan imtina edib.
31 yaşlı qolkiperlə "Qarabağ"dan savayı başqa klubların da maraqlandığı iddia edilir.
Vana "Koritiba", "Şapekoense", "Feyrense", "Porto", "Famalikao"da oynadıqdan sonra 2021-ci ildə Limassol təmsilçisi ilə müqavilə imzalamışdı.