Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqibi Belçika millisi yoxlama görüşü keçirəcək.
Sportal.az xəbər verir ki, belçikalıların rəqibi Almaniya millisi olacaq. Matç martın 28-də Köln şəhərində oynanılacaq.
Belçika Almaniya ilə oyundan dörd gün öncə isə seçmə mərhələnin ilk turu çərçivəsində, İsveçlə üz-üzə gələcək.
Azərbaycan Belçikanı sentyabrın 9-da Bakıda qonaq edəcək. Noyabrın 19-da isə millimiz Brüsseldə meydana çıxacaq.