"Arsenal"ın təklifini geri çevirdilər

12:55 - 30 Yanvar 2023

“Arsenal” “Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedonu transfer etmək istəyir.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, “Brayton” “topçular”ın təklifini geri çevirib.

Kaysedonun məxsus olduğu komanda onu 70 milyon funt-sterlinqə satmaq istəməyib. Bundan əvvəl “Arsenal” ekvadorlu üçün 60 milyon funt-sterlinq təklif etmişdi. Amma "Brayton" həmin təklifi də geri çevirmişdi.

21 yaşlı ekvadorlu "İndependiente del Valle", "Beerşot" klublarında oynayıb.

 

Xəbər xətti