AFFA "Turan Tovuz"u 5600 manat cərimələdi

14:35 - 30 Yanvar 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasının XIX turunun “Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” klubunun azarkeşləri hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə  klub 4000 manat cərimə olunur (maddə 41.7);

“Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunur (maddə 51.1);

​XIX turun “Kəpəz”-“Qəbələ” oyununda Təcili Tibbi Yardım oyuna gecikdiyinə görə meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 59.4);

“Kəpəz”-“Qəbələ” oyunundan əvvəl polis iclasa gəlmədiyinə görə meydan sahibi klub 800 AZN cərimə olunur (maddə 62.1).

Xəbər xətti