İtaliya millisinin üzvü Premyer Liqa klubuna keçmək istəməyib

15:13 - 30 Yanvar 2023

"Roma"nın yarımmüdafiəçisi Nikolo Zaniolo "Bornmut"un təklifini rədd edib.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, italiyalı daha iddialı komandaya keçmək niyyətindədir.

Onun xidmətində "Tottenhem" də maraqlıdır.

Zaniolo qış "transfer pəncərəsi" bağlanana qədər Premyer Liqaya keçməyə ümid edir.

Amm bir neçə gün əvvəl Joze Mourinyo yarımmüdafiəçinin ən azından yaya qədər komandada qalacağını bildirmişdi.

Xəbər xətti