"Yuventus"un hücumçusu Duşan Vlahoviç yay "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər.
Sportal.az "Calciomercato.it" portalına istinadən xəbər verir ki, Turin klubu 80-90 milyon avro qarşılığında onunla yollarını ayırmağa hazırdır.
İtaliya klubu büdcəni optimallaşdırmaq üçün belə bir addım atmağı planlaşdırır.
Vlahoviçin "Çelsi" və "Mançester Yunayted"in maraq dairəsində olduğu iddia edilir.
Bu mövsüm Duşan A Seriyasında 11 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.