"Qalatasaray"ın futbolçusu Patrik van Aanholt karyerasını ölkəsində davam etdirə bilər.
Sportal.az xəbər verir ki, niderlandlı müdafiəçinin xidmətində PSV maraqlıdır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Eyndhoven təmsilçisi 32 yaşlı futbolçunun transferi ilə bağlı "sarı-qırmızılar"la danışıqlara başlayıb.
Qeyd edək ki, "Qalatasaray" Patrik van Aanholtu 2021-ci ilin yayında "Kristal Pelas"dan transfer edib. Təcrübəli sağ cinah müdafiəçisi cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi