Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Mançester Siti"dən Joao Kanselonu transfer edəcək. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb. Klublar portuqaliyalı sağ cinah müdafiəçisinin icarəyə götürülməsi ilə bağlı razılıq əldə edib.
Qeyd edək ki, "Mançester Siti" Joao Kanselonu 2019-cu ilin yayında "Yuventus"dan transfer edib. 28 yaşlı futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi