DÇ-2022-də göstərdiyi oyunla Avropa nəhənglərinin diqqəqtini cəlb edin Azzedin Unainin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, "Anje"nin yarımmüdafiəçisi "Marsel"ə keçib. bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. "Marsel" mərakeşli futbolçu üçün onun klubuna 8+2 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Anje" Azeedin Unaini 2021-ci ilin yayında "Avrançes"dən transfer etmişdi. Mərakeş millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində 15 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi