Premyer Liqa klubu "Beşiktaş"ın müdafiəçisini istəyir

19:11 - 30 Yanvar 2023

"Beşiktaş"ın müdafiəçisi Romen Sais yenidən İngiltərədə oynaya bilər.

 

Sportal.az xəbər verir ki, mərakeşli mərkəz müdafiəçisinin xidmətində "Nottingem Forest" maraqlıdır. bu barədə "Sky Sport" məlumat yayıb. Premyer Liqa təmsilçisi Sais üçün Türkiyə klubu ilə danışıqlara başlayacaq.

 

Qeyd edək ki, Romen Sais "Beşiktaş"a yayda "Vulverhempton"dan keçib. 32 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 15 matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti