Avstriya milli komandasının kapitanı Marsel Sabitzer AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun açılış turunda Azərbaycan yığması üzərində Linzdə qazanılan qələbəni (4:1) şərh edib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi qələbənin asan alındığını dilə gətirib:
"Azərbaycanla oyuna pis başladıq. Amma tezliklə təşəbbüsü ələ keçirdik. Rəqibimizin üstünlüyü var idi, ona görə də asan olmadı. Amma bu, yeni tsiklin başlanğıcında inamlı qələbə qazanmağımıza mane olmadı. Mən nəticədən razıyam. Asan qələbə olduğunu demək olar. Mən də öz oyunumdan razıyam".
saytlarin hazirlanmasi