Azərbaycan millisinin üzvü "Qəbələ"də qala bilər

18:18 - 25 Mart 2023

"Qəbələ" Azərbaycan milli komandasının da qapısını qoruyan Səlahət Ağayevlə yollarını ayırmaq istəmir.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi 32 yaşlı qapıçı ilə müqavilə müddətini artırmaq niyyətindədir.

Bunun üçün isə onunla danışıq aparılacaq.

Əlavə edək ki, təcrübəli qapıçının "Qəbələ" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

O, “İnter”(indiki “Şamaxı”), MOİK, “Sumqayıt”, “Neftçi”, Sabah” klublarının qapısını qoruyub.
 

Xəbər xətti