Gürcüstan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, qonşu ölkənin yığması Monqolustanla üz-üzə gəlib. Qarşılaşma Gürcüstan seçməsinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qarşılaşmada Azərbaycanda çıxış edən legionerlər də oynayıblar. "Sabah"ın hücumçusu Davit Volkov matça start heyətdə başlayıb və 71-ci dəqiqəsində əvəzlənib. O, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili 46-cı dəqiqədə oyuna girib. "Neftçi"nin müdafiəçisi Solomon Kvirkveliya isə sonadək ehtiyat oyunçular skamyasında qalıb.
saytlarin hazirlanmasi