Avro-2024-ün seçmə mərhələsinin ikinci turunda Azərbaycanla qarşılaşacaq İsveç millisinin heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, "Malyorka"da çıxış edən müdafiəçi Lüdviq Auqustinsson zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb. Onun əvəzinə İngiltərənin "Uotford" klubunun futbolçusu Ken Sema milliyə cəlb olunub.
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə saat 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi