"Qalatasaray"ın və Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim yenidən Super Liqaya qayıda bilər.
Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, "Trabzonspor" 69 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Qara Dəniz təmsilçisinin rəhbərliyində təmsil olunan bəzi şəxslər təcrübəli məşqçini komandada görmək istəyir. Terimlə rəsmi danışıqların başlanacağı gözlənilir.
Qeyd edək ki, "Trabzonspor" bir müddət öncə Abdullah Avcını istefaya göndərib. Komandanı hazırda Orhan Ak çalışdırır.
saytlarin hazirlanmasi