Azərbaycan kubokunun sahibi bəlli oldu

10:42 - 27 Mart 2023

Basketbol üzrə Azərbaycan kubokunun sahibinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Sərhədçi İdman Mərkəzində keçirilmiş final görüşündə "Gəncə" və NTD klubları qarşılaşıb. 

"Gəncə" rəqibini 100:89 hesabı ilə məğlub edərək kuboku qazanıb. 

Finalın ən dəyərli oyunçusu "Gəncə"dən Kollin Törner seçilib.

Xəbər xətti