"Qalatasaray" yoldaşlıq görüşündə Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra İstanbul təmsilçisinin futbolçusu Yunus Akgün instaqram səhifəsində paylaşım edib. 22 yaşlı vinger Azərbaycana təşəkkürünü bildirib:
"Qardaşlığımız sərhəd tanımaz. Təşəkkürlər, Can Azərbaycan!"
Qeyd edək ki, Yunus Akgün "Qarabağ"la matça start heyətdə başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.
saytlarin hazirlanmasi