İndoneziya U-20 Dünya Çempionatına ev sahibliyi edə bilməyəcək.
Sportal.az xəbər verir ki, FİFA bununla bağlı rəsmi açıqlama yayıb: "FİFA prezidenti Canni İnfantino və İndoneziya Futbol Assosiasiyasının prezidenti Erik Tohirin görüşündən sonra FİFA İndoneziyanı U-20 Dünya Çempionatına ev sahibliyi edən ölkələrdən çıxarmaq qərarına gəlib".
Turnir mayın 20-dən iyunun 11-dək İndoneziyada keçirilməli idi. Lakin tədbir ərəfəsində İsrailin gənclərdən ibarət yığmasının orada iştirakı ilə bağlı mübahisə yaşanıb. İsrailin Fələstini dəstəkləyən İndoneziya ilə diplomatik əlaqələri olmadığı üçün ölkədəki bəzi partiyalar israillilərin qəbul etməyə qarşı çıxıb.
Bali qubernatoru Vayan Koster dünya çempionatının püşkatma mərasimindən əvvəl İsrailin Bali adasına gəlməsinə qəti şəkildə qarşı çıxanlardan biri olub. İndoneziya prezidenti Coko Vidodo problemin həllini tapmaq üçün yerli federasiyanın sədri Erik Tohiri İnfantino ilə görüşə göndərmək qərarına gəlib. Görüşdə ortaq məxrəcə gəlmək mümkün olmayıb. Çempionatın yeni ev sahibi ölkəsi yaxın vaxtlarda açıqlanacaq. Turnirin tarixləri dəyişməz qalacaq.
saytlarin hazirlanmasi