Azərbaycan Premyer Liqasında oynamış legioner dünyasını dəyişdi

11:13 - 4 Aprel 2023

Azərbaycanda legioner həyatı yaşamış Mario Bojiç vəfat edib.

Sportal.az “Klix”ə istinadən xəbər verir ki, vaxtı ilə “Simurq”da oynamış veteran futbolçu 39 yaşında dünyasını dəyişib.

Bosniya və Herseqovina millisinin sabiq üzv uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bojiç 2012/2013 mövsümündə “Simurq”da 25 matçda meydana çıxıb, 6 qol vurmuşdu.

Mario “Simurq”la yanaşı “Uypeşt”, “Slovan”, “Aşdod”, “Şanxay Şenxua” kim klublarda oynamışdı.

Xəbər xətti