Azərbaycan çempionatının bombardiri: "Nepala qayıtmadım, Avropaya yollanıram"

14:21 - 4 Aprel 2023

Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünün bombardiri Nurlan Novruzov Avropaya yollanmağa hazırlaşır.

Sportal.az saytına açıqlama verən 30 yaşlı hücumçu Nepalın "Maçindra" klubundan ayrıldığını deyib. Bununla yanaşı forvard yeni komandasının adını da açıqlayıb:

"Əslində, "Maçindra" ilə bir illik müqaviləm qüvvədə idi. Amma ora qayıtmaq istəmədim. Şəxsi məsələlərə görə Nepala qayıtmağım alınmayacaqdı. Klubla danışdım və qüvvədə olan müqaviləmə xitam verilməsini xahiş etdim. Onlara çox kömək olmuşam deyə, xahişimi yerə salmadılar. Sağolsunlar, müqaviləyə xitam verdilər. Növbəti “dayanacağım” yəqin ki, Litva olacaq. Bu ölkənin “Yonava” klubundan rəsmi təklifim var. Artıq danışıb razılaşmışıq. Viza məsələsini gözləyirəm. O da alınan kimi Litvaya uçacam və "Yonava"nın düşərgəsinə qoşulacam. Artıq orada yeni sezon start götürüb. Bu komanda yüksək liqaya vəsiqə qazanmaq istəyir. Mən də kömək etməyə gedirəm. Ümidvaram ki, hər şey uğurlu alınacaq".

"Bakı"nın yetirməsi olan Nurlan “Sumqayıt”, “Zirə”, “Səbail”, “Dersimspor”, “Şanlıurfa BB”, “Dinamo Avto”, “Narva Trans”, “Lalitpur” klublarında çıxış edib.

Mirbağırağa

Xəbər xətti