"Ximki"nin əsas investoru, iş adamı Tufan Sadıqov bildirib ki, Moskva vilayətini təmsil edən klubun Premyer Liqadan birinci diviziona düşməsi onun artıq təsdiqlənmiş plana uyğun inkişafına mane olmayacaq.
Sportal.az "sport24.ru" portalına danışan azərbaycanlı iş adamı Moskvada ən böyük futbol mərkəzinə sahib olacaqlarını bildirib:
"Ximki"nin beş il üçün inkişaf planı layihənin bütün iştirakçıları tərəfindən təsdiqlənib. Hətta büdcə də təsdiqləni tapıb. Komandanın Premyer Liqa və ya birinci divizionda oynamasının fərqi yoxdur. Hərçənd "Ximki"nin Premyer Liqada qalacağına əminəm. Artıq Dmitrovski rayonunda, Soroçanıda böyük futbol mərkəzi layihələndirilib. Yaxın 6 ayda onun icrasına başlanacaq. Hazırda layihə ekspertizadan keçirilir. Bu, bütün infrastrukturu Moskva və Moskva vilayətində ən böyük futbol mərkəzi olacaq".
saytlarin hazirlanmasi