Millimiz reytinqdə 1 pillə gerilədi

16:50 - 4 Aprel 2023

Futzal üzrə milli komandaların yeni dünya reytinqi açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan yığması cədvəldə geriləyib. Joze Alesionun rəhbərlik etdiyi kollektiv bir pillə geriləyərək 13-cü sırada yer alıb. Azərbaycan seçməsinin aktivində 1395 xal var.

Millimiz mart ayında dünya çempionatının əsas mərhələsində Yunanıstanı məğlub edib (5:2), Polşaya isə məğlub olub.(2:7).

Qeyd edək ki, dünya reytinqinə 1821 xalla Braziliya millisi başçılıq edir. İspaniya (1787) ikinci, Argentina (1764) isə üçüncü sırada qərarlaşıb.

Xəbər xətti