İtaliya klubundan "Qalatasaray"ın futbolçusu üçün 20 milyonluq təklif

20:59 - 4 Aprel 2023

"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçisinin xidmətində "Napoli" maraqlıdır. Bu barədə "Vatan" nəşri məlumat yayıb. Neapol təmsilçisinin Türkiyə millisinin üzvü üçün 20 milyon avroluq təklif göndərdiyi və "sarı-qırmızılar"ın bunu qəbul edəcəyi bildirilir.

Qeyd edək ki, "Qalatasaray" Kerem Aktürkoğlunu 2020-ci ilin yayında "24 Erzincanspor"dan transfer edib. Türk vinger cari mövsümdə İstanbul təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 28 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti