Almaniya Qərb Regional Liqasında 24-cü turdan təxirə salınmış oyun keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke"nin ikinci komandası doğma meydanda "Düsseldorf-2" ilə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət Dadaşov üçün bu görüş uğursuz keçib. 32 yaşlı hücumçu 10-cu dəqiqədə topuğundan zədələnərək meydanı tərk edib.
28 turdan sonra aktivində "Şalke-2" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi