Türkiyəli idmançı İrəvandakı yarışda huşunu itirdi - VİDEO

18:52 - 17 Aprel 2023

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bədbəxt hadisə baş verib.

Sportal.az xəbər verir ki, qadınların 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Türkiyə idmançısı Pelinsu Bayav təkanla qaldırma hərəkətini yerinə yetirən zaman huşunu itirib. 21 yaşlı atletə hadisədən sonra tibbi yardım göstərilib.

Qeyd edək ki, aprelin 15-də başlayan Avropa çempionatı ayın 23-dək davam edəcək.

Xəbər xətti