İngiltərənin "Liverpul" klubu yay transfer pəncərəsi zamanı heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Bavariya"nın futbolçusu Rayan Qravenberxi rənglərinə bağlamaq istəyir. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.
Premyer Liqa klubunun nümayəndələri ötən həftə Amsterdamda 20 yaşlı yarımmüdafiəçinin meneceri ilə görüşüb. Niderlandlı futbolçu "Liverpul"da oynamağa isti yanaşır.
Qeyd edək ki, "Bavariya" Rayan Qravenberxi mövsümün əvvəlində "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü Münhen təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi