FİFA dünya çempionatını bu ölkəyə həvalə etdi

13:38 - 18 Aprel 2023

U-20-lərin dünya çempionatının hansı ölkədə keçiriləcəyi bəlli olub.

Sportal.az FİFA-ya istinadən xəbər verir ki, bu yarışa Argentina ev sahibliyi edəcək. 

Əslində, turnir İndoneziyada keçirilməli idi. Amma bu ölkənin Bali adasının qubernatoru İsrail millisinin turnirdəki iştirakına qarşı çıxdığından FİFA İndoneziyanı ev sahibliyindən məhrum etmişdi.

Argentinanın U-20 yığması da İndoneziyanı əvəz edəcək. 

Cənubi Amerika qitəsində keçiriləcək yarış mayın 20-da başlanacaq və iyunun 11-də başa çatacaq. 

Xəbər xətti