Azərbaycan çempionu bəlli oldu

18:47 - 18 Aprel 2023

Bu gün qadınlar arasında voleybol üzrə Azərbaycan çempionunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Bakı Voleybol Mərkəzində “Azərreyl” və “Abşeron” komandaları arasında final seriyasının üçüncü görüşü keçirilib. 

İlk iki matçda qalib gələn "dəmiryolçular" üçüncü görüşü də qələbə ilə başa vurub. Belədə, "Azərreyl" 3:0 hesabı ilə qalib gələrək ölkə çempionu adını qazanıb.

Finaldan əvvəl isə “Murov” və UNEC arasında bürünc medal uğrunda keçirilən görüş birincilərin qələbəsu ilə başa çatıb.

"Azərreyl" - "Abşeron" 3:0 (25:16, 25:18, 25:15)

Xəbər xətti