Azərbaycanlı güləşçi Avropa çempionu oldu

21:30 - 18 Aprel 2023

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, 57 kq çəki dərəcində mübarizə aparan idmançımız finalda türkiyəli Süleyman Atlıya qalib gəlib.

Millimizin üzvü karyerasında ilk dəfə Avropa çempionluğunu yaşayıb. 

Xəbər xətti