Hacı Əliyev Avropa çempionu oldu

21:59 - 18 Aprel 2023

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medala sahib çıxıb. 

Sportal.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Əliyev finalda Bolqarıstanı təmsil edən Ramazan Ramazanovu 10:3 hesabı ilə məğlub edib. 

Bununla da, Hacı karyerasında dördüncü dəfə Avropa çempionlu qazanmış olub. 

Xəbər xətti