Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinin ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına "AZ Alkmar"ın futbolçusu Vangelis Pavlidis layiq görülüb. 24 yaşlı hücumçu səsvermədə Maykl Antonio (“Vest Hem”), Yesper Karlström (“Lex”) və Jan-Kevin Auqustini (“Bazel”) qabaqlayıb.
Qeyd edək ki, Vangelis Pavlidis "Az Alkmar"ın "Anderlext"i 2:0 hesabı ilə məğlub etdiyi matçda 45 dəqiqə meydanda olub. Yunan forvard komandasının əhr iki qolunu vurub.
saytlarin hazirlanmasi