İngiltərənin "Mançester Yunayted" klubu David De Xeadan sonrakı dövr üçün qapıçı axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Valensiya"da çıxış edən Giorgi Mamardaşvilidir. Bu barədə "Givemesport" nəşri məlumat yayıb. Premyer Liqa təmsilçisi gürcü qolkiper üçün 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Valensiya" Giorgi mamardaşvilini ötən ilin yanvar ayında Tbilisi "Dinamo"sundan transfer edib. Gürcüstan millisinin üzvü cari mövsümdə "yarasalar"ın heyətində 33 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi