"Barselona"nın futbolçusu Rafinyanı transfer etmək istəyən klubların sayı artmaqdadır.
Sportal.az xəbər verir ki, "Tottenhem" də braziliyalı vinger üçün yarışa qoşulub. Bu barədə "Mirror" nəşri məlumat yayıb. Londonlular 26 yaşlı yarımmüdafiəçinin transferi üçün La Liqa klubu ilə danışıqlara başlayacaq.
Maliyyə problemi yaşayan "Barselona" Rafinyanı yayda 90 milyon avroya satmağı planlaşdırır. "Arsenal" və "Nyukasl"da oyunuçunu transfer etmək istəyir.
Qeyd edək ki, "Barselona" Rafinyanı mövsümün əvvəlində "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 9 qol 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi