"Beşiktaş"ın futbolçusu Gedson Fernandes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin xidmətində "Atletiko" maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb. Madridlilər yay transfer pəncərəsi zamanı futbolçu üçün İstanbul klubuna 10 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Beşiktaş" Gedson Fernandesi mövsümün əvvəlində "Benfika"dan transfer edib. 24 yaşlı yarımmüdafiəçi "qara qartallar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi