Feliks Madridə qayıtmaq istəmir

20:40 - 28 Aprel 2023

İcarə əsasında "Çelsi"də çıxış edən Joao Feliks gələcəyini Londonda görür.

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu müqavilə ilə məxsus olduğu "Atletiko"ya qayıtmaq istəmir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

23 yaşlı futbolçu Dieqo Simeonenin rəhbərliyi altında oynamaq fikrində deyil. O, "Çelsi" ilə icarə müqaviləsinin uzadılmasını istəyir.

Qeyd edək ki, "Çelsi" Joao Feliksi qışda "Atletiko"dan mövsümün sonuna kimi icarəyə götürüb. Portuqaliya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 matçda 2 qol vurub.

Xəbər xətti