Gürcüstanda oynayan yığmamızın sabiq üzvü: "Vurduğum qolda xüsusi nəsə yox idi"

14:32 - 29 Aprel 2023

U-21 yığmamızın sabiq üzvü, müqavilə ilə "Sabah"a məxsus olan və "Samtrediya"da icarə əsasında çıxış edən Abdulla Xaybullayev Sportal.az saytına açıqlama verib.

Gürcüstan çempionatının 10-cu turunda "Telavi" (0:1) ilə görüşdə komandasına qələbə qazandıran qolu vuran Xaybullayev bunu da şərh edib:

"Həm "Telavi", həm də biz meydana qələbə qazanmaq üçün çıxmışdıq. Hər iki komanda mübarizə apardı, ancaq sonda biz qalib gəldik. Qalib gəldiyimizə və komandaya kömək etdiyimə görə şadam. Növbəti matçlarda da qol vurmaq istəyərdim. Turnir cədvəlindəki mövqeyimiz ürəkaçan deyil deyə, ancaq xal qazanmağa çalışırıq. Əslində, "Telavi" ilə matçda vurduğum qolda, xüsusi nəsə yox idi. Rəqib səhv etdi və mən də ondan yararlandım. Çalışacam ki, ardını gətirim".

Xaybullayev qışa qədər "Samtrediya"da icarə əsasında çıxış edəcək. O, müqavilə ilə "Sabah"a məxsusdur.

Futbolçunun komandası 10 turdan sonra 7 xalla 8-ci pillədədir. Ölkə çempionatına 24 xalla “Dinamo”(Batumi) rəhbərlik edir.

Xəbər xətti