Millimizin üzvü oynadı, komandası məğlub oldu

13:49 - 30 Aprel 2023

Futbol üzrə Cənubi Koreya çempionatında 10-cu turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "Cecu Yunayted"lə qarşılaşıb. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. 

10 turdan sonra 17 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti