"Bavariya" və "Mançester Yunayted" ingiltərəli hücumçunu istəyir

15:20 - 30 Aprel 2023

Almaniyanın "Bavariya" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Aston Villa"da çıxış edən Olli Votkinslə maraqlanır. Bu barədə "Mirror" nəşri məlumat yayıb. Almanlar yayda 27 yaşlı hücumçu üçün Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayacaq.

"Mançester Yunayted" də ingiltərəli forvardı heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Aston Villa" Olli Votkinsi 2020-ci ilin yayında "Brentford"dan transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti