Şahmat tacının sahibi bəlli oldu

19:51 - 30 Aprel 2023

Şahmat üzrə yeni dünya çempionu müəyyənləşib.

Sportal.az xəbər verir ki, Qazaxıstanın Astana şəhərində şahmat tacı uğrunda keçirilən mübarizəyə bu gün yekun vurulub. Rusiyalı Yan Nepomnyaşi və çinli Dinq Liren arasındakı duel Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb.

Dinq Liren şahmat üzrə 17-ci dünya çempionu kimi adını tarixə yazdırıb. O, dünya şahmat tacını qazanan ilk çinli olub.

Xəbər xətti