Xorvatiya çempionatının qalibi bəlli olub.
Sportal.az xəbər verir ki, "Dinamo" 2022/2023 mövsümünü qazanıb.
Zaqreb klubu ötən gün çempionatın 32-ci turunun "Hayduk"la görüşündə 0:0 oynayaraq xalların sayını 71-ə çatdırıb və belədə, çempionluğunu rəsmiləşdirib.
Belə ki, paytaxt təmsilçisi mövsümün sonuna 4 tur qalmış ən yaxın izləyicisi "Hayduk"u 12 xal qabaqlayaraq növbəti dəfə titula sahib çıxıb.
"Dinamo" ardıcıl 6-cı, ümumilikdə 17-ci dəfə ölkənin ən güclüsü olub.
Azərbaycan millisinin forvardı Mahir Emreli "Dinamo"nun üzvü olsa da, qışdan bu yana icarə əsasənda "Konyaspor"da çıxış edir. Onun Zaqreb kubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi