Mahir "Trabzonspor"un baş məşqçisi ilə foto çəkdirdi, müzakirələrə səbəb oldu

13:31 - 2 May 2023

"Konyaspor" forması geyinən milli komandamızın üzvü Mahir Emrelinin Superliqanın "Trabzonspor"la matçından öncə rəqib komandanın baş məşqçisi Nenad Byelitsa ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub.

Sportal.az xəbər verir ki, Türkiyə mətbuatı Emrelinin xorvatiyalı ilə görüşməsinin səbəbini izah edib. 

Onların yazdığına görə, Byelitsa "Osiyek"in baş məşqçisi olduğu zaman Mahir Emrelinin transferini rəhbərlikdən istəyib. Lakin istəyi baş tutmayıb. Xorvatiyalı məşqçinin Mahiri bəyəndiyi üçün onunla foto çəkdirdiyi iddia edilib. "Konyaspor" azarkeşləri isə Emrelinin bu addımını sosial şəbəkələrdə tənqid edib.

Xatırladaq ki, "Konyaspor" "Trabzonspor"u 2:1 hesabıyla məğlub edib. Millimizin üzvü bu matçda ikinci yarıda meydana daxil olub.
 

Xəbər xətti