"Barselona"nın futbolçusu üçün 80 milyon avroluq təklif

18:12 - 3 May 2023

"Barselona"nın futbolçusu Rafinya yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı vingerin xidmətində "Nyukasl" maraqlıdır. "Sağsağanlar" braziliyalı oyunçu üçün Kataloniya təmsilçisinə 80 milyon avroluq təklif göndərib. Maliyyə problemləri yaşayan İspaniya klubu təklifi dəyərləndirməyi düşünür.

Qeyd edək ki, "Barselona" Rafinyanı mövsümün əvvəlində "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 10 qol 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti