Mövsümün sonunda PSJ ilə sözləşməsi başa çatan Lionel Messinin karyerasını harada davam etdirəcəyi bilinmir.
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatı argentinalı hücumçu ilə bağlı yeni iddia irəli sürüb. "Telegraph" nəşrinin məlumatına görə, uldzu futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Messinin "Əl Hilal" klubu ilə danışıqlara başladığı bildirilir. İddiaya görə, Asiya təmsilisi 35 yaşlı oyunçuya illik 320 milyon funt-sterlinq maaş təklif edib. Argnetina millisinin üzvü bu təklifi qəbul etsə, tarixdə ən çox maaş alan idmançı olacaq.
saytlarin hazirlanmasi